"Sumqayıt" Futbol Klubu 2016/2017 futbol mövsümü üçün hazırlıqlara start verib.
Sportarena.az xəbər verir ki, komanda dünən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk məşqinə çıxıb.
Baş məşqçinin planına əsasən, komanda məşqin ilk hissəsini dənizkənarında qaçışla başlayıb, ardından stadionda fiziki çalışmalara üstünlük verib.
Heyətə cəlb olunmuş yeni futbolçular komanda ilə birlikdə məşqlərə başlayıb.