"Qarabağ" Albaniya çempionu ilə qarşılaşacaq

23:06 24 İyun 2016

"Qarabağ"ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub. 


Sportarena.az xəbər verir ki, komanda Albaniyanın ən titullu komandalarından olan son çempion "Şkenderbeu" ilə qarşılaşacaq. 


Bu görüş iyulun 1-də baş tutacaq. Qarşılaşma yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək. 


Xatırladaq ki, "Qarabağ" ilk yoxlama oyununu sabah yerli "Wacker İnsbruck"a, ikinci yoxlama oyununu isə iyunun 28-i dördqat Rusiya çempionu "Zenit"ə qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti