Namiq Ələsgərov məşqlərə başladı

12:35 24 İyun 2016

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqlarını davam etdirir. 


Sportarena.az xəbər verir ki, hazırlığın yeddinci gününü komanda bir məşqlə başa vurub. 


Dünən axşam saatlarında keçirilən məşqdə bütün futbolçular iştirak edib. Zədəli futbolçu Namiq Ələsgərov isə fiziyoterapevt nəzarəti altında çalışmasını davam etdirib. 


Məşqdə fiziki və taktiki çalışmalara üstünlük verilib. Komandanın hazırlığı 1 saat 45 dəqiqə davam edib.


Digər xəbərlər

Xəbər xətti