Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi” bu gün hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.Komandanın bu dəfəki rəqibi də Afrika klublarından seçilmiş futbolçulardan ibarət "SİBM Traning Center” klubu olub. Matç "Neftçi"nin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüş 2:1 hesabı ilə Afrika təmsilçisinin xeyrinə başa çatıb. 23 iyun Yoxlama oyunu 19:00. "Neftçi" - "SİBM Traning Center” - 3:0 Qollar: Rəhman Hacıyev, 11 (1:0), Araz Abdullayev, 22 (2:0), 90 (3:0)