AFFA prezidenti Rövnəq Abdullayev avrokubokların 2016/2017 mövsümünün püşkatmasına münasibət bildirib.
Sportarena.az xəbər verir ki, o, həm Çempionlar Liqası, həm də Avropa Liqasında Azərbaycan klubunun bəxtinə asan rəqib düşdüyünü deyib.
Komandalarımızn ilk mərhələni keçəcəyinə inandığını deyən Abdullayevin sözlərinə görə, bütün rəqiblər münasibdir:
“Püşkatmanın nəticəsini normal qiymətləndirirəm. Birinci mərhələdə komandalarımızın bəxtinə münasib rəqiblər düşüb. Bu mərhələdə keçilməz rəqib yoxdur. İnanıram ki, komandalarımız ilk mərhələni adlayacaq”.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat məthələsində Lüksemburqun “Düdelanj” klubuna rəqib olub. Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”, “Neftçi” və “Kəpəz” isə müvafiq olaraq “Samtrediya”(Gürcüstan), “Baltsan” (Malta) və “Daçiya” (Moldova) ilə üz-üzə gələcək.(apasport.az)