Premyer Liqanın növbəti mövsümünə hazırlaşan “Zirə” artıq məşqlərə start verib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, toplanışa Zirə İdman Kompleksində başlayan komanda heyətinə daha bir futbolçu qatıb.
Belə ki, “Zirə” albaniyalı yarımmüdafiəçi Gerhard Proqni ilə müqavilə imzalayıb. Ölkəsinin "Skenderbeu" klubundan gələn 29 yaşlı futbolçu ilə iki illik anlaşmaya imza atılıb.
Qeyd edək ki, Gerhard Albaniyanın U-19 və U-21 yığmalarının formasını geyinib.