Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi” bu gün hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, komandanın bu dəfəki rəqibi də Afrika klublarından seçilmiş futbolçulardan ibarət "SİBM Traning Center” klubu olacaq.
Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüş 2:1 hesabı ilə Afrika təmsilçisinin xeyrinə başa çatıb.