"Arpaçay" İdman Mərkəzinin l açıq çempionatı keçiriləcək

17:34 22 İyun 2016

24-25 iyun tarixlərində Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" İdman Mərkəzinin uşaqlar, yeniyemələr və gənclər arasında l açıq çempionatı keçiriləcək.
     


Sportarena.az xəbər verir ki, çempionatın ilk günü 6-7 yaşlı və 8-9, 10-11, 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında fərdi kumite yarışları, ertəsi gün isə eyni yaş dərəcələrində fərdi kata və komandalar arası kumite yarışları keçiriləcək. 


Turnirin açılış mərasimi şənbə günü saat 17:00-də başlayacaq. Ardından isə komanda yarışlarının finalları keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti