Murad Ağayev: "Rəqabət məni daha da güclü eləyir"

21:51 21 İyun 2016

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi”nin yeni transferi Murad Ağayev fikirlərini açıqlayıb. 


Sportarena.az xəbər verir ki, gənc futbolçu açıqlamasında bunları bildirib:

"Hiss eləyirəm ki, böyük kluba gəlmişəm, məsuliyyəti dərk eləyirəm. Amma məsuliyyət futbolçuya oynamağa mane olmamalıdır. Növbəti oyunlarımıza hazırlaşırıq, yoxlama görüşlərimiz olacaq, toparlanacağıq, oyundan oyuna artıracağıq və fikrimcə, uğur bizim tərəfimizdə olacaq. Mən buraya reklam üçün gəlməmişəm, yalnız qələbə qazanmaq üçün gəlmişəm və istəyirəm ki "Neftçi” həmişə yüksəklərdə olsun. Rəqabət məni daha da güclü eləyir, tərəfdəriyam ki, mənim mövqemdə oyunçu olsun, bu rahatlaşmamağıma və inkişaf etməyimə kömək olacaq. Heç bir rəqibi qəymətləndirməmək olmaz, bütün rəqiblərə ciddi yanaşmalıyıq və ortaya 100 faiz gücümüzü qoymalıyıq”.


Digər xəbərlər

Xəbər xətti