“Kəpəz”in Türkiyə toplanışı bu gün sona çatıb.
Sportarena.az xəbər verir ki, komanda 10 gün ərzində Ərzurumda Avropa Liqasına hazırlığın ilk mərhələsində iştirak edib.
“Sarı-göylər”in məşq prosesində əvəzedici heyətdən əsas komandaya cəlb olunan Elcan Rəhimov klubun rəsmi saytına Türkiyə toplanışı haqda fikirlərini bildirib.
“Komandanın tərkibində Türkiyəyə təlim-məşq toplanışına yollanmağım mənim üçün gözlənilməz oldu. Əvəzedici heyətdə bəzi oyunlarda yaxşı çıxış etmişdim. Ümid vardı ki, məni də əsas komandaya çağırarlar. Ötən mövsümün sonunda “Qəbələ” ilə ev oyununda “18-liy”ə düşməyim sürpriz olmuşdu. Ondan sonra yenidən əsas komandaya dəvət almağım sevindirici oldu. Toplanışda verilən bütün tapşırıqları səylə yerinə yetirməyə çalışdım. Əsas komandada yerimi möhkəmləndirmək üçün səylərimi davam etdirəcəyəm”.