2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, komanda son olaraq AZAL-da çıxış etmiş Rail Məlikovu heyətinə qatıb. Adıçəkilən futbolçu komandamızla 1 illik sazişə imza atıb.
Qeyd edək ki, Rail Məlikov karyerası ərzində "Bakı", "Neftçi", "Dənizlispor" və "Qəbələ"nin formasını geyinib. O, həmçinin 2004-2012-ci illər ərzində 40 dəfə Azərbaycan millisinin formasını geyinib.