2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda son olaraq "Qəbələ"də çıxış etmiş dayaq yarımmüdafiəçisi 1994-cü il təvəllüdlü Vadim Abdullayevi heyətinə qatıb. Adıçəkilən futbolçu 1 illik sazişə imza atıb.
Qeyd edək ki, Vadim Abdullayev əvvəllər "Bakı" və "Simurq"un heyətində də çıxış edib.