"Neftçi" - "Baltsan" matçının yeri dəyişdirildi

12:30 21 İyun 2016

Avropa Liqasının I təsnifat mərhələsində, iyunun 30-u keçiriləcək "Baltsan" - "Neftçi" matçının yeri dəyişdirilib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş Azərbaycan paytaxtında keçirilməli olsa da, klublar arasında əldə olunmuş razılaşmaya əsasən UEFA-ya məktub ünvanlanıb və qurum ilk görüşün Maltada təşkilinə müsbət cavab verib.


Bununla bağlı hər iki kluba məktub ünvanlanıb.


Komandalar arasında ilk görüş iyunun 30-da Maltada, cavab oyunu isə bir həftə sonra Bakıda olacaq


Digər xəbərlər

Xəbər xətti