"Kəpəz" yoxlama görüşündə darmadağınla qalib gəldi

01:29 21 İyun 2016

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Kəpəz” bu gün ikinci yoxlama oyununu keçirib.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “sarı-göylər” Türkiyə Futbol Federasiyası Bölgə Karmalar yığması ilə qarşılaşıb.

 Rəqibin heyətində PTT 1-ci Liqa və Spor Toto 2-ci Liqa komandalarında çıxış edən futbolçular yer alıb.

Şahin Diniyevin komandası bu dəfə rəqibini 5:0 hesabı ilə məğlub edib. Julian Ebahın het-trik etdiyi (26, 29, 38 dəq.) matçda Kərim Diniyev  (20 dəq.) və Orxan Əliyev (72 dəq.) hərəyə bir dəfə fərqlənib.

Qeyd edək ki, bu komandaların ilk oyunu qolsuz heç-heçə ilə başa çatmışdı.


Digər xəbərlər

Xəbər xətti