Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
"Ağ-qaralar" Afrika klublarından seçilmiş futbolçulardan ibarət “SİBM Traning Center” klubu ilə üz-üzə gəlib. Qarşılaşma afrikalı futbolçuların 2 - 1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin yeganə qolunu Aqşin Qurbanlı vurub.