"Neftçi"nin futbolçusu rəsmən "Sumqayıt"da

12:33 20 İyun 2016

2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib.  

Sportarena.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,, komanda "Neftçi"nin cinah yarımmüdafiəçisi Mirabdulla Abbasovu mövsümün sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Fərhad Vəliyev (“Qarabağ”), Budaq Nəsirov, (icarədən qayıdıb), Ruslan Tağızadə ("Rəvan"), Kamran Abdullazadə ("Xəzər Lənkəran"), Əli Həsənlini ("Neftçala") heyətinə qatıb.


Digər xəbərlər

Xəbər xətti