Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqlarını davam etdirir.
Sportarena.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında millimizin 5 üzvü komandanın Kössen qəsəbəsində məskunlaşdığı otelə gedib.
Bunlar Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev və Əfran İsmayılovdur. Millimizin 5 üzvü bu gün axşam saatlarında komandayla ilk məşqlərinə çıxacaq.
Bir neçə gün öncə ailə həyatı quran ispaniyalı futbolçu Dani Kintana bu gün komandaya qoşulub. Səhər saatlarında komandanın məskunlaşdığı otelə çatan və bir neçə saatlıq istirahətdən sonra ötən mövsümün bombardiri və ən çox qol ötürməsi ilə yadda qalan Kintana komandayla birlikdə axşam məşqində iştirak edib.