Premyer Liqa klublarımızdan biri bolqarıstanlı futbolçu ilə güclənməyə hazırlaşır.
"Levski"nin yarımmüdafiəçisi Georgi Kostadinov klubunu tərk etmək niyyətindədir. 25 yaşlı futbolçu Azərbaycandan sərfəli təklif aldığı üçüb klub rəhbərliyinə ayrılmaq istədiyini söyləyib. Məlumatda Kostadinovu transfer etmək istəyən klubumuzun adı qeyd edilməyib.
Kostadinovun "Levski" ilə 1 illik müqaviləsi var və futbolçunun satılıb-satılmaması haqda son qərarı klub verəcək.