"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Sportarena.az xəbər verir ki, toplanışın ikinci gününün ilk məşqi baş tutub.
Yerli vaxtla 11:30-da (Bakı vaxtı ilə 13:30) komanda günün ilk məşqinə çıxıb.
Bu məşq daha çox topsuz çalışmalara həsr olunub. Belə ki, isinmə hərəkətlərinin ardından futbolçular 3 dəfə 15 dəqiqəlik kross qaçışını yerinə yetirib. Müəyyən fiziki təmrinlərin ardından məşq başa çatıb. Hazırlıq təxminən 90 dəqiqə davam edib.
Komandanın növbəti məşqi axşam yerli vaxtla saat 18:30-a nəzərdə tutulub.