“Kəpəz” Ərzurum toplanışında ilk yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Gəncə klubu Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (seçmə) komandası ilə üz-üzə gəlib.
Yerli hakimlər briqadasının idarə etdiyi oyuna “sarı-göylər” iki fərqli heyətlə çıxıb. Birinci hissədə baş məşqçi Şahin Diniyev Davud Kərimi (Eyyub Əliyev), Tural Nərimanov, Azad Kərimov, Novruz Məmmədov, Elcan Rəhimov, Ceyhun Cavadov, Əli Səmədov, Fərid Məmmədov, Orxan Əliyev, Tural Rzayev və Tural Qürbətova oynamaq şansı verib.
Fasilədən sonra isə məşqçilər korpusu meydana Tadas Simaitis, Tural Axundov, Şəhriyar Əliyev, Renan da Silva Alves, Şəhriyar Rəhimov, Kərim Diniyev, Tural Bəybalayev, Nicat Qurbanov, Dario Frederiko, Serjio Manuel Kosta Karneyro və Julien Ebahı buraxıb.
Matç 0:0 hesablı bərabərliklə başa çatıb.