"Qəbələ" Gürcüstan klubu ilə qarşılaşacaq

17:39 18 İyun 2016

Bakı hazırlığını başa vuraraq təlim-məşq toplanışının ikinci mərhələsi üçün Gürcüstana yollanan “Qəbələ” bu gün ilk sınağına çıxacaq.


Sportarena.az xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı yerli “Dila” komandası ilə üz-üzə gələcək. 

 

Baş məşqçi Roman Qriqorçuk Qori təmsilçisi ilə yoxlama görüşündə yetirmələrini sınayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. 

 

Gürcüstan səfəri öncəsi isə “Qəbələ” I divizion təmsilçisi “Bakı” ilə 2 görüş keçirmişdi. Həmin matçların birində heç-heçə (1:1) qeydə alınmışdısa, digər oyunda “qırmızı-qaralar” 3:0 hesabı ilə qalib gəlmişdilər. 

 

Qeyd edək ki, iyunun 26-dək Tbilisidə hazırlıq keçəcək “Qəbələ” 3 yoxlama görüşü planlaşdırır. Komanda iyunun 22-də “Sioni” ilə üz-üzə gələcək.(apasport)


Digər xəbərlər

Xəbər xətti