"Qarabağ" yağışda məşq etdi - FOTOLAR

12:13 18 İyun 2016

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqlarını davam etdirir.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda ilk məşqini fitnes zalında keçirib. İkinci məşq isə yağışlı hava şəraitində davam edib.


Məşqdən öncə futbolçularla kiçik toplantı keçirən baş məşqçi Qurban Qurbanov onlara uğurlar arzulayıb və yeni transfer Arif Daşdəmirovu komandaya təqdim edib.


Toplanışa qoşulan Riçard Almeyda, Reynaldo Silva və Migel Madera da məşqdə iştirak edib.


Məşqə yüngül fiziki hazırlıqlarla başlayan komanda daha sonra kross qaçışı ilə çalışmalarını davam etdirib. Sonda futbolçular toplu çalışmalardan yararlanıb.


Digər xəbərlər

Xəbər xətti