"Qarabağ" Avstriyadadır

11:31 17 İyun 2016

Dünən saat 13:00-da Bakı-İstanbul-Münhen reysi ilə ölkəni tərk edən "Qarabağ" klubu yerli vaxtla saat 19:00-da Münhenə çatıb. 

 

Sportarena.az xəbər verir ki, komanda Bavariya əyalətinin ən böyük şəhərindən avtobusla təlim-məşq toplanışı keçirəcəyi Kössen qəsəbəsinə yollanıb. Təxminən saat yarımlıq yolçuluqdan sonra komanda Alp dağlarının yamacında məskunlaşacağı otelə çatıb. Axşam yeməyindən sonra isə futbolçular istirahətə çəkilib.


Komanda bu gün məşqlərə start verəcək.


Digər xəbərlər

Xəbər xətti