"Kəpəz"in ilk rəqibi müəyyənləşdi

21:04 16 İyun 2016

“Kəpəz” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. 


Sportarena.az xəbər verir ki, komanda iyunun 11-dən Ərzurumda hazırlaşır.


Toplanış müddətində “sarı-göylər” yoxlama oyunları da keçirəcək. Gəncə klubunun rəqiblərindən birinin adı artıq bəlli olub. “Kəpəz” Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (seçmə) komandası ilə qarşılaşacaq. Bu komanda müxtəlif yaş qrupları üzrə millilərə namizəd gənc futbolçulardan təşkil olunub.


Yoxlama matçı iyunun 18-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti