"Qarabağ" bugündən etibarən 2016/17-ci il mövsümün hazırlıqlarına start verir.
Sportarena.az xəbər verir ki, komandanın heyəti bu gün Bakı-İstanbul- Münhen reysi ilə Avstriyaya yola düşüb. Axşam saatlarında futbolçuların qalacağı otelə çatacağı gözlənilir.
Komanda son iki ildə olduğu kimi Almaniya – Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.