"Qəbələ"nin yenin transferi fərqləndi, komandası qələbə qazandı

11:33 16 İyun 2016

“Qəbələ” 2016-2017-ci illər mövsümünə hazırlığın 1-ci mərhələsini başa vurub. 

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Bakıda keçirilən təlim-məşq toplanışını ikinci yoxlama matçı ilə yekunlaşdırıb. 

 

Roman Qriqorçukun yetirmələri 2 gün öncə olduğu kimi yenə “Bakı” ilə görüşüb. Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda baş tutub. “Qəbələ” oyunun hər hissəsinə fərqli heyətlə çıxıb. Qarşılaşma “qırmızı-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. Komandanın qollarına Filip Ozobiç, Vitali Vernidub və Ehtiram Şahverdiyev imza atıblar.

 

Paytaxtdakı toplanışı başa vuran “Qəbələ” yeni mövsümə hazırlığın ikinci mərhələsini Gürcüstanda keçirəcək. Sabah Tbilisidəki toplanışa start verəcək “qırmızı-qaralar” iyunun 26-dək keçəcəyi hazırlıq prosesində 3 yoxlama matçında qüvvəsini sınayacaq.


Digər xəbərlər

Xəbər xətti