Nelson Bonilla "Zirə"ni tərk etdi

11:10 16 İyun 2016

"Zirə"nin salvadorlu futbolçusu Nelson Bonilla komandanı tərk edib. 

 

Sportarena.az  xəbər verir ki, bu barədə salvadorlu futbolçu şəxsi "instagram" hesabında yazıb.
 

O, bundan sonra karyerasını Avropada davam etdirəcəyini yazıb.
 

Başa çatan mövsümdə 14 qola imza atan forvard böyük futbol ölkələrindən birində çıxış etmək arzusunda olduğunu vurğulayıb: "Azərbaycanda qalmayacam. Ancaq hansı komandaya keçəcəyimi hələ deyə bilmərəm. Təkcə onu deyə bilərəm ki, Avropanın ən yaxşı 10 çempionatından birində çıxış edəcəm. Vaxtı gələndə yeni klubumun adını açıqlayacam. Özümü xoşbəxt sayıram, çünki bu il işlərim yaxşı gedib".
 

Qeyd edək ki, Nelson Bonilla “Zirə”yə ötən yayda keçmişdi.


Digər xəbərlər

Xəbər xətti