Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” sabah təlim-məşq toplanışı keçmək üçün Avstriyaya yollanacaq. Qurban Qurbanovun komandası Avstriyada 4 yoxlama oyunu keçirəcək.
Ağdam təmsilçisi ilk olaraq Avstriyanın ikinci liqa təmsilçisi "İnsburq"la qarşılaşacaq. Oyun iyunun 25-i olacaq. İyunun 28-də isə “Qarabağ” dörd qat Rusiya çempionu “Zenit”lə qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ”ın nə vaxt Bakıya qayıtması püşkatmadan asılı olacaq. Çempionlar Liqasındakı ilk oyun doğma meydanda keçirilsə, “Qarabağ” matçdan bir həftə əvvəl vətənə dönəcək. Əgər ilk qarşılaşma səfərdə olsa, komanda Avstriyadan birbaşa həmin ölkəyə gedəcək.