Kamran Abdullazadənin yeni klubu müəyyənləşdi - RƏSMİ

00:28 15 İyun 2016

2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq "Xəzər Lənkəran"da çıxış etmiş Kamran Abdullazadə komanda ilə 1 illik sazişə imza atıb.


Qeyd edək ki, 1995-ci il təvəllüdlü futbolçu mütəmadi olaraq U-15, U-16, U-17 və U-19 milli komandaların şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti