"Qəbələ" klubunun kapitanı Dodo ilə yolları ayırdığı haqda məlumat vermişdik.
Braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək.
28 yaşlı hücumçu Braziliyanın B Seriyasında mübarizə aparan "Yoinvill" klubu ilə münasibətlərini rəsmiləşdirib. Dodo yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Yoinvill" B Seriyasında 8 turdan sonra 9 xal toplayıb və 20 komanda arasında 14-cü pillədə qərarlaşıb.