"Qəbələ" iki futbolçusunu transferə çıxardı

13:10 14 İyun 2016

"Qəbələ" klubu iki futbolçusunu transferə çıxarıb. 


Klubdan verilən məlumata görə, bunlar estoniyalı Sergey Zenyovla ukraynalı Aleksey Antonovdur. 


Hər iki hücumçunun ötən mövsümkü çıxışı baş məşqçi Roman Qriqorçuku və klub rəhbərliyini qane etməyib. Onlara özlərinə yeni komanda axtarmaları və ya əvəzedici heyətlə məşq etmələri tövsiyə olunub. Hazırda əsas komanda Bakıda hazırlıq keçsə də, adları çəkilən legionerlər Qəbələdə fərdi məşqlərlə kifayətlənirlər. 


Qeyd edək ki, "Qəbələ" klubunun Sergey Zenyov və Aleksey Antonovla 1 illik müqaviləsi var 


Digər xəbərlər

Xəbər xətti