Vaqif Cavadov "Sumqayıt"la yeni müqavilə imzaladı - RƏSMİ

12:33 14 İyun 2016

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi Vaqif Cavadovla yeni müqavilə imzalayıb. 


Adıçəkilən yarımmüdafiəçi klubla 1 illik sazişə imza atıb.


Qeyd edək ki, Vaqif Cavadov 2015/2016 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 16 qarşılaşmada meydana çıxıb (1235 dəqiqə) və 3 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti