Azərbaycan yığmasının sabiq hücumçusu Vaqif Cavadov yeni mövsümdə hansı klubda çıxış edəcəyini dəqiqləşdirib.
Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu "Sumqayıt"da qalmağa qərar verib.
O, "kimyaçılar"la bir illik müqavilə bağlayacaq.
Xatırladaq ki, bir müddət öncə V.Cavadovun "Neftçi"yə keçəcəyi ilə bağlı məlumat yayılmışdı. Lakin tərəflər arasında razılıq əldə olunmadığı üçün, futbolçu yenidən "Sumqayıt"a geri dönüb.