"Qarabağ" "Rostov"la deyil, "Zenit"lə qarşılaşacaq

21:29 13 İyun 2016

Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək "Qarabağ" klubunun keçirəcəyi yoxlama görüşlərindəki növbəti rəqibi məlum olub.


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  komanda  "Rostov"la qarşılaşmalı olsa da, oyunda plan dəyişikliyi olub.  Belə ki, "Qarabağ" iyunun 28-də 4 qat Rusiya çempionu "Zenit"lə yoxlama oyunu keçirəcək.


Qeyd edək ki, "Qarabağ"ın ilk rəqibi yerli "Vakker” klubudur. Sözügedən qarşılaşma iyunun 25-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti