Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümündə legionerlərə qoyulan rüsumun məbləği 4 dəfə azaldılıb. Bu barədə AFFA İcraiyyə komitəsinin iclasının ardından jurnalistlərə açıqlamasında qurumun prezidentiRövnəq Abdullayev bildirib. O deyib ki, rüsumun məbləği 5000 manata endirilib. Yığma komandalarda oynayan legionerlər üçün rüsum ödənilməyəcək. Cərimə məbləğlərində də 20 faiz azalma baş verib.