Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclas saat 10:00-da başlayacaq.
AFFA-nın prezidenti Rövnəq Abdullayev bir neçə gün əvvəl jurnalistlərə bildirib ki, bu iclasda Topaz Premyer Liqanın 2016/17 mövsümü ilə bağlı qərar veriləcək. Həmin açıqlamasında o yeni mövsümdə çempionatda 8 komandanın iştirak edə biləcəyini söyləyib.