"Qəbələ" istirahəti yekunlaşdırdı: Avroliqa üçün başladı

11:05 11 İyun 2016

"Qəbələ" 2016-2017-ci illər mövsümünün hazırlığına start verib.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqasının ötən mövsümünün son turundan sonra istirahətə buraxılan "qırmızı-qaralar" iyunun 10-da Bakıda bir araya gəlib. "Qəbələ" ilk məşqini "Bakı" klubunun bazasında gerçəkləşdirib. Komanda əsasən fiziki təmrinlərə və topsuz çalışmalara üstünlük verib.

"Qırmızı-qaralar" növbəti məşqinə bu gün çıxacaq.

Xatırladaq ki, hazırlıq prosesinin 1-ci mərhələsini paytaxtda keçirən komanda məşqlərini iyunun 15-dək burada davam etdirəcək. Ardınca ölkə xaricinə gedəcək "Qəbələ" iyunun 16-dan 26-dək Gürcüstanın paytaxtı Tiflisdə hazırlıq keçəcək.


Digər xəbərlər

Xəbər xətti