Azərbaycan futbolunda biabırçılıq: 20 manatı ödəyə bilməyən klubun saytı bağlandı - FOTO

17:12 10 İyun 2016

Premyer Liqada oynamaqdan imtina edən "Rəvan"da vəziyyət kritikdi.
 

Sportarena.az xəbər verir ki, futbolçularına olan borcları ödəyə bilməyən, lisenziya ala bilməyən paytaxt təmsilçisi, klubun rəsmi saytını işlətmək üçün də pul tapa bilmir.
 

Artıq bir müddətdir ki, saytın illik fəaliyyəti üçün tələb olunan 20 manat ödənilmədiyindən klubun elektron ünvanının fəaliyyəti dayandırılıb. “Rəvan”ın saytına daxil olarkən "sayt borcdan bağlanıb" cümləsi istifadəçilərin qarşısına çıxır.


Digər xəbərlər

Xəbər xətti