"Qəbələ"nin iki rəqibi məlum oldu

01:09 7 İyun 2016

"Qəbələ"nin Gürcüstan toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərin adları bəlli olub.
 
 Roman Qriqorçuk komandasını yerli "Dila" (Qori) və "Sioni" (Bolnisi) klubları ilə yoxlama oyunlarında sınaqdan keçirəcək.
 
Qeyd edək ki, "Qəbələ" qonşu ölkədə üç yoxlama oyunu keçirməyi planlaşdırıb. Həmin görüşlər iyunun 18, 22 və 26-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti