"Qəbələ" qapıçısı ilə yollarını ayırdı

16:44 6 İyun 2016

"Qəbələ” qapıçı Andrey Popoviçlə yollarını ayırıb. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2015-ci ilin yayından “qırmızı-qara” forma geyinən 24 yaşlı futbolçu komandanın heyətində 1 mövsüm çıxış edib.

 

Qolkiper 2015-2016-cı illər mövsümündə “Qəbələ”də 10 oyun keçirib, 14 qol buraxıb. Premyer Liqada 8 matçda 11 dəfə qola üzülən qapıçı Azərbaycan kubokundakı yeganə oyunda qapısını toxunulmaz saxlayıb. Popoviç UEFA Avropa Liqasında keçirdiyi matçda 3 top buraxıb.

 

Qeyd edək ki, Andrey “qırmızı-qaralar”ın heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatını qazanıb.


Digər xəbərlər

Xəbər xətti