İspaniya Sequndasında mübarizə aparan "Leqanes" klubu ikinci divizionun sonuncu - 42-ci turunda "Mirandes"i 1:0 hesabı ilə məğlub edərək La Liqaya yüksəlib.
Sportarena.az xəbər verir ki, turnir cədvəlini ikinci pillədə başa vuran komanda La Liqaya vəsiqə qazanmaqla klub tarixində ilkə imza atıb. Belə ki, 1928-ci ildə yaranan klub tarixi ərzində ilk dəfə La Liqada mübarizə aparacaq.
Qeyd edək ki, elitaya yüksələcək 3-cü komandanın adına pley-off mərhələsində aydınlıq gələcək. Pley-off mərhələsində "Gimnastik", "Jirona", "Osasuna" və millimizin futbolçusu Eddi İsrafilovun komandası olan "Kordoba" mübarizə aparacaq.