Messi Amerika kubokunun favoritlərini açıqladı

15:15 4 İyun 2016

Argentina millisinin futbolçusu Lionel Messi Kopa Amerikadakı favoritlər haqda danışıb.
 


Sportarena.az xəbər verir ki, Messi Amerika və Meksika yığmalarının turnirin favoriti olduğunu bildirib:

"Meksika və ABŞ-ın turnirdə olması rəqabəti xeyli artırır.  Lakin, mənim fikrimcə, Amerika turnirin favoritidir. Ona görə yox ki, onlar meydan sahibidir. Nümayiş etdirdikləri oyunun keyfiyyətinə görə də amerikalıları favorit sayıram. Eyni zamanda Meksika yığmasını da favoritlər sırasında görürəm
 
Bu komandalar qələbəyə iddia edəcəklər. Təkcə ev sahibi olmağa görə yox, həqiqətən də güclü olmalarına görə.
 

Bu Amerika kuboku digərlərinə bənzəməyəcək. Yeni millilər, yeni stadionlar fərqlilik yaradır", — deyə Messi qeyd edib.


Digər xəbərlər

Xəbər xətti