“İnter” daha bir futbolçu ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, “bankirlər” gürcüstanlı yarımmüdafiəçi Nika Kvekveskiri ilə anlaşa bilməyib.
Kvekeskiri paytaxt klubu ilə maddi məsələlərdə razılığa gəlməyib. Lakin o, Azərbaycanı tərk etməyəcək. Belə ki, futbolçunun xidmətində “Qəbələ” maraqlıdır. Bu barədə Kvekveskiri özü “Qafqazinfo”ya məlumat verib.
O, bildirib ki, əyalət klubunun baş məşqçisi Roman Qriqorçukla danışıb və ukraynalı mütəxəssis onu komandasında görmək istədiyini deyib: “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mənə zəng etdi və bildirdi ki, səni komandamda görmək istəyirəm. Hazırda biz danışıq aparırırq. Növbəti mövsüm bu komandada çıxış edə bilərəm”.