Daha bir futbolçu "İnter"dən ayrıldı - RƏSMİ

13:52 3 İyun 2016

"İnter" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, gürcüstanlı yarımmüdafiəçi Nika Kvekveskiri komandadan ayrılıb.

Məlumata görə, paytaxt klubu 24 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etsə də, futbolçu bununla razılaşmayıb və komandanı tərk edib.


Xatırladaq ki, Nika Kvekveskiridən başqa, "İnter" klubu Kamran Ağayev, Elşən Poladov, Laşa Kasradze, Yuri Fomenko, Vüqar Nadirov və Laşa Salukvadze  ilə də yollarını ayırıb.


Digər xəbərlər

Xəbər xətti