Xəbər verdiyimiz kimi "Qarabağ" klubunun braziliyalı futbolçusu Reynaldo Dos Santos ölkəsində istirahət zamanı şəxsi avtomobili ilə qəza törədib.
Sportarena.az xəbər verir ki, futbolçu "Chevrolet Camaro" markalı avtomobili ilə hərəkət edərkən motosikletlə toqquşub. Qəzada motosiklet sürücüsü xəsarət alsa da, Reynaldonun durumu yaxşıdır.
Məsələ ilə bağlı "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlama verib. O bildirib ki, qəza zamanı günah Reynaldoda olmayıb və o, içkili halda avtomobil idarə etməyib: "Hadisə zamanı motosiklet sürücüsü xəsarət alıb. İlkin araşdırmalar zamanı (polisin mövqeyi) baş verən qəzada səbəbkarın motosiklet sürücüsü olduğu aşkarlanıb. Reynaldo içkili olmayıb, polis tərəfindən də bu təsdiqlənib. İlkin tibbi yardımı da məhz futbolçumuz edib. Reynaldonun günahı olmadığından sərbəstdi və hazırda evindədi. Məsələ ilə bağlı daha geniş bilgini ictimayyətə bildirəcəyik".