Premyer Liqada son mövsümü 8-ci sırada başa vuran "Sumqayıt"ın yeni mövsüm üçün hazırlıq planı məlum olub.
Sportarena.az xəbər verir ki, "kimyaçılar" iyun ayının 22-si doğma şəhərdə bir araya gələcək.
Toplanışın ilk mərhələsi ölkə daxilində baş tutacaq. İkinci mərhələnin isə ölkə xaricində olacağı planlaşdırılıb. Samir Abasovun yetirmələri Türkiyənin Bolu şəhərinə üz tutacaq. Burada komandanın hazırlıq matçlarında qüvvəsini sınayacağı nəzərdə tutulub.