"Xəzər Lənkəran" klubunun gənc futbolçusu İbrahim Qədirzadə "Sumqayıt"a transfer edilə bilər.
Sportarena.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar" bu barədə futbolçuya təklif də göndərib. Lakin futbolçunun bu təklifi qəbul edib-etməməsi barədə isə hələ ki, məlumat yoxdur.
Məlumata görə, futbolçuya Premyer Liqada çıxış edən AZAL klubu da yaxından maraqlanır.
Qeyd edək ki, "Xəzər Lənkəran" Futbol Klubunun fəxri prezidenti Mübariz Mənsimovun başçılığı ilə keçirilən iclasda "ağ-yaşıllar"ın əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırması qərara alınıb. Bu səbəbdən, 2015/2016 mövsümündə "Xəzər Lənkəran"ın formasını geyinmiş oyunçulara azad agent statusu verilib.