Gəncənin "Kəpəz" klubu son günlər gəzən söz-söhbətlər barədə bəyanat yayıb.
Sportarena.az xəbər verir ki, "sarı-göylər" bəyanatda Abdulkader Kamara ilə maraqlanmadıqlarını bildirib.
"Son günlər bəzi idman saytlarında “Kəpəz”in Abdulkader Kamara adlı futbolçuya maraq göstərməsi ilə bağlı xəbərlər gedir. Vaxtilə ölkəmizdə çıxış etmiş qvineyalı yerli portallara açıqlamasında Gəncə klubundan dəvət aldığını bildirərək, şərtlərin qanedici olmadığını söyləyir.
Nəzərinizə çatdırırıq ki, Kamaranın dedikləri yalandır və “Kəpəz” Peşəkar Futbol Klubu onunla heç vaxt maraqlanmayıb və maraqlanmır da. Özünü peşəkar sayan futbolçunun bu cür xəbərlər yayaraq klubun adından istifadə edib, reklam etməsi tərəfimizdən təəssüf hissi ilə qarşılanır".