“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, komanda Yamin Ağakərimzadə ilə müqaviləyə imza atıb. Gənc yarımmüdafiəçi ilə anlaşma bir illlik müddətinədir.
Xatırladaq ki, futbolçu ötən mövsüm “Rəvan”ın heyətində çıxış edib. Peşəkar karyerasına isə Yamin “Bakı”nın heyətində başlayıb.
Qeyd edək ki, "Zirə" daha öncə "Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilovu heyətinə qatmışdı.