"İnter" daha bir futbolçu ilə yollarını ayırdı

14:47 1 İyun 2016

"İnter" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Yuri Fomenko ilə olan müqavilənin müddəti başa çatıb. Ukraynalı futbolçuya yeni müqavilə təklif etməyən klub rəhbərliyi yarımmüdafiəçi ilə yollarını ayırıb.

Klub rəhbərliyi futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.


Xatırladaq ki, futbolçu 2013-cü ildə "Kəpəz" klubundan "İnter"ə transfer olunub. 


Qeyd edək ki, 31 yaşlı futbolçu karyerası ərzində Ukraynanın "MFK Nikolayev", "Stal"(Alçevsk), "Prikarpatye"(İvano-Frankovsk) və "Qelios"(Xarkov) klublarında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti